Yeni Zelandiya sahillərində güclü zəlzələ baş verib

Yeni Zelandiya sahillərində güclü zəlzələ baş verib
DÜNYA
11:00 25.03.2025
231
Sakit Okeanda, Yeni Zelandiyanın Cənub adasındakı Dunedin şəhərindən 348 km qərbdə 6,6 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata əsasən, çərşənbə axşamı Bakı vaxtı ilə saat 05:43-də qeydə alınan zəlzələnin episentri Cənub adasının sahillərindən təxminən 73 km aralıda olub.

Episentrdə intensivliyə əsasən, zəlzələ "dağıdıcı” kimi qiymətləndirilir.

ABŞ-nin Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,8 bal qiymətləndirib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
 
///Report
OXŞAR XƏBƏRLƏR