Yeni Zelandiyadan gələn xəbərlər iqlim üçün qorxuludur

Yeni Zelandiyadan gələn xəbərlər iqlim üçün qorxuludur
DÜNYA
13:49 10.07.2024
184
Yeni Zelandiyada okean və sahillərdə suyun temperaturunun 2022-2023-cü illərdə ən yüksək səviyyəyə çatdığı açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Yeni Zelandiyanın Statistika agentliyi 1982-2023-cü illər üçün okean və sahil sularının temperaturu haqqında məlumatları yeniləyib.
 
Bildirilib ki, 1982-ci ildən bəri okean səthinin temperaturu hər 10 ildən bir 0,16-0,26 dərəcə, sahil sularında isə 0,19-0,34 dərəcə artıb.

Avstraliya və Yeni Zelandiya arasındakı Tasman dənizi 2022-ci ildə ilin təxminən 60 faizi, şimal-qərb adaları isə ilin təxminən 89 faizi "istilik dalğasına" məruz qalıb.
 
Kənd Təsərrüfatı Statistikasının əməkdaşı Stuart Jones bildirib ki:
 
"Hətta temperaturun kiçik artımları dəniz ekosistemlərini poza və xəstəlik risklərini artıra bilər".
 
Oksana
OXŞAR XƏBƏRLƏR