Yenicə ana olan müğənni səhnəyə qayıdır

MAQAZİN
17:54 29.08.2014
3248
Bu yaxınlarda ana olan müğənni Günel Ələkbərova səhnəyə qayıdır.Axşam.az-ın məlumatına görə, uzun müddət yaradıcılığına fasilə verən sənətçi artıq yeni mahnılar yazdırdığını bildirib:“Bütün yayı qızıma həsr etdim. Dincəlmədim. Bağda ona qulluq etdim, onun gülümsəməsinə baxdıqca, yorğunluğum çıxdı. Sənətimə də ona görə ara vermişdim. Amma artıq yaradıcılığımla məşğulam. Yeni mahnılar yazdırıram. Musiqisi Pərvin Lətifova aid olan bir bəstə hazırlamışam. Ona klip çəkdirəcəm. Sentyabrın ortalarından etibarən efirdə görünəcəm”.
OXŞAR XƏBƏRLƏR