Yenicə köçdükləri evdə dəm qazından zəhərləndilər - Ölən var - Video

Yenicə köçdükləri evdə dəm qazından zəhərləndilər - Ölən var - Video
SOSİAL
11:19 29.10.2024
245
Sumqayıtda nənə, qızı və nəvəsi dəm qazından zəhərləniblər.

AZXEBER.COM-un "Xəzərxəbər”ə istinadən məlumatına görə, hadisə Corat qəsəbəsində fərdi evlərin birində baş verib.

69 yaşlı Şövkət Süleymanovanın həyatını xilas etmək mümkün olmayıb.

Onun hamamda dəm qazından boğularaq öldüyü bildirilir.

Qonşuların sözlərinə görə, yaşlı qadın, qızı və nəvəsi həmin mənzilə yenicə köçüblərmiş.

Qadının qızı və nəvəsi isə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Daha ətraflı sujetdə:
 

OXŞAR XƏBƏRLƏR