Yenidən məhkəmə qarşısına çıxan Tramp ittihamları rədd etdi

Yenidən məhkəmə qarşısına çıxan Tramp ittihamları rədd etdi
DÜNYA
11:17 14.06.2023
164
ABŞ-nın keçmiş prezidenti Donald Tramp Mayami federal məhkəməsində hökumətin məxfi sənədlərini gizlətdiyinə dair ittihamları rədd edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp geniş təhlükəsizlik tədbirləri altında hakim qarşısına çıxıb.

Keçmiş prezident ədliyyə binasına daxil olarkən onun barmaq izləri saxlanıldığı üçün əvvəlcə içəriyə götürülüb.

Tramp daha sonra hakim qarşısına çıxarılıb və orada ona qarşı dövlət məxfi sənədlərini gizlətmək və istintaqa mane olmaq üzrə 37 ayrı ittiham oxunub.

Tramp ittihamları səssizcə dinləyərkən, onunla birlikdə olan vəkili Todd V. Blanş hakim Conatan Qudmana bütün ittihamları rədd etdiklərini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR