Yeniyetmə qızlarımız 3 bürünc qazandı

İDMAN
14:26 08.02.2013
1107

6-8 fevral 2013-cü il tarixdə Ukraynanın Krivoy-Roq şəhərində yeniyetmə qızlar arasında ənənəvi beynəlxalq turnir keçirilib.

Güləş Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, yığmamızın üzvləri turniri 3 bürünc medalla başa vurub. Medal qazanan güləşçilərimiz Ülkər Babayeva (37 kq), Şəbnəm Əhmədova və Səbinə Həmzəzadə (hər ikisi 48 kq) olub. Yığma komandanın üzvləri turnirdən öncə birgə təlim-məşq toplanışında olub. Məşqçi Rövşən Süleymanovun rəhbərliyi altında Ukraynaya yollanan heyətdə 7 güləşçi yer alıb.

OXŞAR XƏBƏRLƏR