Çox güman ki, gənc həyatla hesablaşmaq istəmirdi.
Moskva bankirinin oğlunu evdə asılmış tapıblar. 14 yaşlı gənci evdə atası – “Rus ipoteka bankının” idarə heyətinin üzvü Aleksandr Kulaqin tapıb. O, təcili yardım çağırsa da oğlunu xilas etmək mümkün olmayıb.
Gənc oğlan çox güman ki, həyatla hesablaşmaq istəmirdi. O, təmin olunmuş ailədə yaşayırdı, tezliklə Londona təhsil almağa gedəcəkdi.
Güman edilir ki, oğlan sadəcə effektiv şəkil çəkdirib internetə qoymaq istəyib. O, “isveç” divarına ip salaraq başını ilgəyə keçirib. Foto üçün ideya faciə ilə bitib.
Nəşrin verdiyi məlumata görə, oğlan axırıncı dəfə dostu ilə mart ayının 2-də saat 18:10-da əlaqə saxlayıb.
Telefondan Krılatskie Xolmı küçəsində elit evdə, qonşu mənzildə dostuna sms yollayıb.
Oğlunu huşsuz halda tapan ata əvvəl ona süni nəfəs verməyə çalışıb. Sonra qonşulardan təcili yardım çağırmalarını istəyib. Amma hadisə yerinə gələn həkimlər yalnız ölüm faktını təsdiqləyiblər.(oxu.az)