Yeqor Şerbakovun dəfnindən çəkilişlər niyə göstərilmir?

DÜNYA
00:07 25.10.2013
1788

Azərbaycanlı Orxan Zeynalovun qətlə yetirdiyi iddia olunan Yeqor Şerbakovun oktyabrın 12-də Moskvanın Dolqoprudnıy rayonundakı məzarlıqda dəfn olunduğu bildirilir.

Lakin maraqlıdır ki, Y.Şerbakovun dəfn mərasimində çəkilmiş fotolar və ya videokadrlar, hələ də, Rusiyanın kütləvi informasiya vasitələrində yoxdur.

Daha doğrusu, bu foto və videomateriallar Rusiyanın nüfuzlu kütləvi informasiya vasitələrinin heç biri tərəfindən yayılmayıb.

Halbuki bu olayın Rusiyada necə rezonans yaratdığını, Biryulovo rayonunda on minlərlə yerli sakinin küçələrə çıxıb antimiqrant yürüşləri keçirərək iğtişaşlar törətdiyini nəzərə alsaq, dəfn mərasimindən fotolar və videokadrlar az qala ildırım sürətilə yayılmalıydı.

"Yeqor Şerbakovun dəfnində yalnız ailə üzvləri, qohumları və yaxınları olub", - Rusiyanın tanınmış bloqeri Rustam Adaqamov yazır.

Fəqət, elə həmin mərasimdən dərhal sonra "minlərlə insanın dəfndən çıxaraq küçələrdə etiraz aksiyaları keçirməyə, Biryulovodakı meyvə-tərəvəz bazasının bağlanmasını tələb etməyə başladıqları" vurğulanırdı.

Eyni zamanda, o da vurğulanır ki, Yeqor Şerbakov adi vətəndaş kimi dəfn olunduğu üçün onun torpağa verilməsi "media hadisəsi" deyildi.

Yəni Rusiya mediası və rəsmi strukturlar bu dəfnlə maraqlanmayıblar.

Lakin Biryulovo sakinlərinin dediklərinə görə, dəfn mərasimində Rusiya DİN-nindən bir qrup zabit vardı.

Maraqlı durumdur: medianın "çox adi dəfn" saydığı mərasimə bir qrup yüksək rütbəli zabit qatılır və bu barədə Rusiya mediası susur.

Və yenə də sosial şəbəkələrdə rusiyalı istifadəçilər iddia edirlər: "Yeqor Şerbakovun dəfnində cəmi bir neçə nəfər vardı".

Belədirsə, "minlərlə insanın iştirak etdiyi" dəfn mərasimindən bir fotonun, bir dəqiqəlik olsun belə, videoçəkiliş olmaması razılaşın ki, ən azı, qəribə təsir bağışlayır.

Belə foto və videoçəkilişlərin olduğunu, Yeqor Şerbakovun dəfn edildiyini istisna etmirik.

Amma Rusiyanın kütləvi informasiya vasitələri indiyədək nə üçün o foto və videoçəkilişləri yaymayıblar, bu danılmaz sübutlara istinad etməyiblər?

İnternetdə "Yeqor Şerbakovun dəfni" sözlərini yazaraq, axtarış verin.

Nəticələr maraqlıdır... (milli.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi