Yer planetinə böyük asteroid yaxınlaşır

Yer planetinə böyük asteroid yaxınlaşır
DÜNYA
21:46 09.03.2018
2693

Bugün gecə saatlarında Yer planetinə Eyfel qülləsi böyüklüyündə asteroid yaxınlaşacaq.

Bu barədə "Daily Star” NASA mütəxəsislərinə istinadən məlumat yayıb.

Şərti olaraq "2018 CB” adlandırılmış asteroid Qrinviç vaxtı ilə 22.30-da (Bakı vaxtı ilə 01:30-da) yerə ən yaxın məsafədən keçəcək.

Saniyədə 8 kilometr sürətlə uçan asteroid planetimizə 63 min kilometrə qədər yaxınlaşacaq.

Alimlər planetlə toqquşma riskinin olmadığını bildirir.

oxu.az
OXŞAR XƏBƏRLƏR