xari

Yerevanda Azərbaycan əleyhinə bəyanat verən separatçı "vəzifədən" qovuldu

DÜNYA
20:48 19.04.2021
674
Azərbaycanın Qarabağ bölgəsindəki separatçıların tör-töküntülərindən biri, qondarma rejimin "Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti”nin "rəis müavini” Boris Avakyan işdən qovulub.

Qondarma rejimin "daxili işlər naziri” Karen Sarkisyan onu "tutduğu vəzifədən” azad edib.

B.Avakyan aprelin 19-da Yerevanda jurnalistlərə müsahibəsi zamanı səsləndirdiyi fikirlərə görə "vəzifəsi"ni itirib. Belə ki, o, səlahiyyət həddini aşdığı üçün "tutduğu vəzifədən” uzaqlaşdırılıb: "Boris Avakyan Yerevanda keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlərə görə daxili işlər naziri Karen Sarkisyanın əmri ilə işdən çıxarılıb. Avakyanın səsləndirdiyi fikir və iddiaların çoxunu bölüşmürük. Bundan başqa, söylədiklərinin bir qismi həqiqətə uyğun deyil. Uyğunsuz davranışı və vəzifəsindən sui-istifadə etdiyinə görə Boris Avakyan işdən çıxarılıb”.

Xatırladaq ki, B.Avakyan Yerevanda keçirdiyi mətbuat konfransında deyib: "Azərbaycanla sülh olmayıb və yoxdur. 25 il bizimlə döyüşə hazırlaşan düşmənimiz var. Cəmiyyətin müəyyən qismi elə zənn edirdi ki, biz onlarla artıq sülh şəraitindəyik, məsələ həll olunub. Ancaq bu gün sülh yoxdur. Qarşımızda düşmən ovqatında dövlət var. Biz onunla danışıq aparırıq. Hərbi əməliyyatların keçirilməməsi sülh demək deyil. Azərbaycanla sülh müqaviləsi imzalanmayıb”.
 
///Report

OXŞAR XƏBƏRLƏR