Yerevanda növbəti aksiya: Paşinyanın istefası tələb edilir

Yerevanda növbəti aksiya: Paşinyanın istefası tələb edilir
DÜNYA
19:44 14.12.2020
850
Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, yürüşdə yüzlərlə müxalifət tərəfdarı qatılıb.

Etirazçılar "xəyanətkar Nikol", "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.

Xatırladaq ki, noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirilir. Mitinqlərin əsas təşkilatçıları "Daşnaksütun", "Ana Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır.
OXŞAR XƏBƏRLƏR