xari

Yerevanda Paşinyanın istefasını tələb edən etirazçılar meydanlarda gecələyir

DÜNYA
13:00 27.02.2021
358
Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar, müxalifət nümayəndələri ikinci gecə ard-arda meydanlarda gecələyib.

Parrlament binası yaxınlığında çadırlar qurulub. Çadırların sayının artmaqda olduğu deyilir.

Eyni zamanda müxalifət bu gün növbəti etiraz aksiyasının planlaşdırıldığı elan edib.

Qeyd edək ki, ötən ilin noyabrından N.Paşinyanın istefası tələbi ilə başlayan mitinqlər fevralın 25-dən yenidən intensivləşib. Həmin gün Ermənistan ordusunun Baş Qərargah rəisi də daxil olmaqla 40 zabit baş nazirin istefasını tələb edib.
 
///Trend

OXŞAR XƏBƏRLƏR