Türkiyədə yerin yüzlərlə metr dərinliyində nigah mərasimi olub.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, nigah mədən ocaqlarından birində olub. Toyu olan isə mədənin mühəndisi olub. Ahmət Erel və nişanlısı Ayşəgül Ünsalın şahidliklərini isə bəy kimi yerin altında işləyən başqa mühəndislər ediblər.
Bəyin sözlərinə görə, belə qeyri-adi nigah etməsinə səbəb həyat yoldaşını və qonaqları yerin altındakı iş şəraiti ilə tanış etmək olub.