Yerli icra qurumlarının strukturu dəyişdi

Yerli icra qurumlarının strukturu dəyişdi
SİYASƏT
21:30 25.07.2015
1594
Azərbaycanda ədliyyə sistemində yerli icra qurumlarının strukturu dəyişib.AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, Ədliyyə Nazirliyi Kollegiyasının 31 may 2013-cü il tarixli qərarına əsasən təsdqiqlənən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə qeyd edilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi, bölməsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır.Ədliyyə Nazirliyi Kollegiyasının 30 iyun 2015-ci ildə qəbul etdiyi və 11 iyul 2015-ci ildə qüvvəyə minən qərarına əsasən “Yerli icra qurumlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilib. Dəyişikliyə əsasən rayon (şəhər) bölmələri ləğv edilib. Bundan sonra Ədliyyə Nazirliyinin rayon (şəhər) icra idarəsi, şöbəsi və qrupları Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını və aidiyyəti məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin edən yerli struktur qurumlarıdır. Eyni zamanda əgər indiyə qədər icra qurumuna ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə, bölmə rəisi və böyük icra məmuru (qrup rəhbəri) rəhbərlik edibsə, dəyişikliyə əsasən bundan sonra icra qurumuna Azərbaycan Respublikasının ədliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən idarə, şöbə və qrupun rəhbəri – böyük icra məmuru rəhbərlik edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR
22:58 23.05.2025
Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib - FOTOLAR