Yerlilərini xilas etmək üçün canavarın qulağını dişlədi

Yerlilərini xilas etmək üçün canavarın qulağını dişlədi
10:28 06.03.2013
1121
Türkiyə Ərdaxan vilayətinin Göle rayonunda 3 nəfər canavarın hücumuna məruz qalaraq yaralanıblar. Məlumata görə rayon Esenyayla kəndinin sakini olan iki dost axşamüstü evlərinə gedərkən qidalanmaq üçün kəndə gəlmiş canavarla rastlaşıblar. Canavar bir anda nə edəcəklərini bilməyən dostların çaşqınlığından istifadə edərək onlara hücum edib. Yoldan keçən başqa bir kənd sakini isə canavarın üstünə tullanıb və xirtdəyindən yapışaraq boğduğu canavarın qulağını dişləyib. Səsi eşidərək köməyə gələn kənd sakinləri canavarı dəyənəklə döyərək öldürüblər.
OXŞAR XƏBƏRLƏR