"Yeşilçam” filmlərindən Şişko Nuri kimi tanınan aktyor Sıtkı Sezgin illər sonra müsahibə verib.
AZXEBER.COm axşam.az-a istinadən xəbər verir ki, nostalji xatirələrindən danışan aktyor qocalar evində yaşayır. 67 yaşlı Sıtkı müasir serialları və filmləri bir o qədər də bəyənmədiyini deyib:
"Qocalar evi 2009-cu ildə açılıb və açılandan burada yaşayıram."Yeşilçam” filmləri ilə indiki filmləri müqayisə etsək, dünyalar qədər fərq var. "Yeşilçam” filmlərinin mövzusu, təqdimat forması gözəl idi və zövqlə izlənirdi”.




