"Yeşilçam"ın ulduz aktrisası ağır xəstəlikdən əziyyət çəkir

"Yeşilçam"ın ulduz aktrisası ağır xəstəlikdən əziyyət çəkir
MAQAZİN
12:45 15.09.2023
328
İllərdir gözlərdən uzaq yaşayan "Yeşilçam"ın ulduz aktrisası Harika Avcının sirrozla mübarizə apardığı üzə çıxıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 63 yaşlı Avcının sağlamlıq durumu ilə bağlı yeni məlumat gəlib.

Onun müalicədən imtina etdiyi məlum olub.
 
Maliyyə böhranı və depressiya səbəbiylə çətin anlar yaşayan Harika Avcını yaxınlarının razı salmağa çalışdığı öyrənilib.

Harika Avcının "mənəvi oğlu" adlandırdığı Harun Başal da bu prosesi təsdiqləyib.
 
Aktrisanın həm fiziki, həm də mənəvi problemlərinin davam etdiyini bildirən oğlu "Heç kimlə görüşmək istəmir. Evdən çıxmır. Müalicə lazımdır. Müalicəni qəbul etmir", - deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR