Kal xurma sağlamlıq üçün ciddi risklər yaradır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yetişməmiş xurmanın sağlamlıq üçün ciddi risk daşıdığını bildiriblər.
Həkimlərin açıqlamasına görə, meyvənin tərkibində olan tanin maddəsi yalnız ağızda acı və büzücü dad yaratmır, həm də mədədə daşlaşmaya səbəb ola bilər.
Qeyd olunur ki, belə hallar bağırsaq tıxanmasına, şiddətli mədə ağrılarına və digər həzm pozuntularına gətirib çıxara bilər. Xüsusilə uşaqlar, yaşlılar və həzm sistemi ilə bağlı problemi olan şəxslərin bu risklə daha çox üzləşdiyi vurğulanıb.
Şahanə Ziyad










































