Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
SOSİAL
15:33 20.06.2026
365
Yevlax rayonunda bir nəfər suda batıb.

AZXEBER.COM xəbər verir ki, APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Nadirovun Yuxarı Qarabağ su kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.

Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Hazırda nəzarətsiz ərazidə axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR