Yevlax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə rayonun Malbinəsi kəndindəki körpünün üzərində qeydə alınıb.
"Pikap" tipli avtomobillə "Ford" markalı kiçik tutumlu yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər, Yevlax rayon sakinləri - 1961-ci il təvəllüdlü Rövşən Vəliyev və 1996-cı il təvəllüdlü Xəyal Məmmədov xəsarət alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.
Qəza nəticəsində daha 2 nəfərə hadisə yerində ambulator yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
///report