Yevlaxda 4 otaqlı ev yandı

KRİMİNAL
21:53 27.09.2017
1365
Yevlaxda yanğın hadisəsi qeydə alınıb.
 
AZXEBER.COM  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonu, Gülövşə kəndində ümumi sahəsi 190 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 140 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
 
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR