Yevlaxda ağır qəza: Ölən var

Yevlaxda ağır qəza: Ölən var
HADİSƏ
09:52 29.06.2025
222
Yevlaxda traktorla minik maşını toqquşub.

AZXEBER.COM xəbəre verir ki, yol-nəqliyyat hadisəsi rayonun Xaldan qəsəbəsi ərazisində baş verib. 

Belə ki, hərəkətdə olan "Mercedes” markalı minik maşını qarşıda gedən traktora çırpılıb. 

Zərbənin təsirindən traktor aşıb. Nəticədə traktorda olan sürücü rayonun Hacıselli kənd sakini Hacıbala Kazımov və onun həyat yoldaşı Fəxriyyə Kazımova ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hakimlərin apardığı təxirəsalınmaz tədbirlərə baxmayaraq, F.Kazımovanın həyatını xilas etmək mümkün olmayıb.  

Sürücü H.Kazımov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.
 
 
/// "Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR