Yevlaxda bədbəxt hadisə yaşanıb: 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

SOSİAL
20:53 08.03.2022
460
Yevlax rayonunda 41 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, Goranboy rayon sakini, 1981-ci il təvəllüdlü N.Bayramov Yevlaxda iş görən zaman ehtiyatsızlıqdan yüksək gərginlikli elektrik naqilinə toxunub.

Bu zaman elektrik cərəyanı onu vurub və N.Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR