Yevlaxda faciəvi şəkildə ölən polis zabiti kimdir?

SOSİAL
09:18 10.10.2024
804
Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində baş verən qəza zamanı "Toyota" markalı avtomobil yük maşını ilə toqquşub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, məzuniyyətdə olan polis zabiti Cavid İsmayılzadə hadisə yerində vəfat edib.

AZXEBER.COM Bakupost.az-a istinadən xəbər verir ki, C.İsmayılzadə Nərimanov Rayon Polis İdarəsi rəisini müavini, polis moyoru idi.

O, Abşeron və Binəqədi rayon polis idarələrinin keçmiş rəisi Namiq İsmayılovun oğludur. C.İsmayılzadə rəis müavini vəzifəsinə bu ilin aprelində təyin olunmuşdu.

Bu vəzifəyə qədər Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis şöbəsinin rəisi olub.
OXŞAR XƏBƏRLƏR