Yevlaxda kişi arvadını döyüb xəstəxanalıq etdi

Yevlaxda kişi arvadını döyüb xəstəxanalıq etdi
SOSİAL
09:36 28.11.2017
818
Yevlaxda kişi 26 yaşlı arvadını döyüb.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, noyabrın 27-i Şəki şəhəri S. Əfəndiyev küçəsi ev 12 ünvanında qeydiyyatda olan, 1991-ci il təvəllüdlü Xatun İlqar qızı Rəsulova bədənin çoxsaylı küt travmaları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
 
MRX-dan bildirilib ki, əri tərəfindən döyülən Xatun Rəsulovanın müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yevlax rayonunda ərdə olan Xatun Rəsulova bir-neçə gün əvvəl orada möhkəm döyülüb. Ağır bədən xəsarəti alan Xatun Rəsulova Şəki şəhərində yaşayan ailəsinin yanına gəlib.
OXŞAR XƏBƏRLƏR