Yevlaxda bədbəxt hadisə baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsində ortayaşlı kişi suda batıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Aran dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub.