Yevlaxda qadın həyat yoldaşını bıçaqladı

SOSİAL
14:14 27.05.2016
4043
Yevlaxda bıçaqlanma hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İsmayılabad kəndində qeydə alınıb.
Rayon sakini, 1980-ci il təvəllüdlü Xatirə Abdullayeva yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində əri, 1982-ci il təvəllüdlü Ağasəf Abdullayevi bıçaqlayıb. A. Abdullayev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən X.Abdullayeva tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR