Yevlaxda qadın kanalda batıb

Yevlaxda qadın kanalda batıb
SOSİAL
21:09 28.01.2020
3959
Yevlaxda bir nəfər kanalda batıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Qarabağ kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Hazırda 1965-ci il təvəllüdlü Şölə Nağı qızı Rəsulovanın axtarışları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR