Yevlaxda yük maşınları toqquşub, ölən var

Yevlaxda yük maşınları toqquşub, ölən var
SOSİAL
22:52 12.12.2020
668
Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Yolun Yevlax rayonu ərazisindən keçən hissəsində yük avtomobili Gürcüstan dövlət nömrə nişanlı digər yük maşınına çırpılıb.

Qəza nəticəsində bir nəfər ölüb. Dünyasını dəyişənin qadın olduğu və kimliyinin dəqiqləşdirildiyi bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi idarəsinin əməkdaşları və təcili tibbi yardım maşını cəlb olunub. Qəzada sürücülərdən biri xəsarət alıb.

Fakta bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR