Yevlaxda zəlzələ oldu

Yevlaxda zəlzələ oldu
SOSİAL
23:13 27.07.2025
103
Mingəçevir stansiyasından 15 km cənub-şərqdə, Yevlax rayonunda zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZXEBER.COM-a verilən məlumata əsasən, yerli vaxtla saat 21.35-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,0 olub. Zəlzələ ocağı Yerin 31 km dərinliyində yerləşib.

Zəlzələ hiss olunmayıb.
OXŞAR XƏBƏRLƏR