Yeyib-içdi, gölə girib boğuldu - Şamaxıda

Yeyib-içdi, gölə girib boğuldu - Şamaxıda
SOSİAL
18:32 29.04.2018
11519
Şamaxı rayon sakini göldə çimərkən batıb.

APA-nın yerli bürosunun xəbərinə görə rayon sakini, 1985-ci il təvəllüdlü Nuriyev Mübariz Məhəmmədəli oğlu Şamaxı ərazisində olan Şirvangölün kənarındakı kafedə dostu ilə yeyib-içdikdən sonra çimmək istəyib.

Sərxoş olan Mübariz Nuriyev Şirvangöldə çimərkən ehtiyatsızlıq səbəbindən suda boğulub. Hadisə yerinə gələn polis əməkdaşlarının və yaxınlıqdakı insanların köməyi ilə M.Nuriyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Şirvangöl su anbarı kimi polis əməkdaşları tərəfindən mühafizə edilir.
OXŞAR XƏBƏRLƏR