Yıldız Tilbenin Bakı konserti öncəsi fiasko: konsert təxirə salına bilər

Yıldız Tilbenin Bakı konserti öncəsi fiasko: konsert təxirə salına bilər
MAQAZİN
19:13 27.09.2018
5391

Oktyabın 13-də Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış etməyə hazırlaşan Türkiyənin məşhur müğənnisi Yıldız Tilbenın bilet qiymətində endirim edilib.

Musavat.com xəbər verir ki, biletlərin çoxu satılmadığı üçün biletlər 50 faiz ucuzlaşdırılıb. 50-500 manat civarında olan qiymətlərin ucuzlaşdırıldığı barədə onlayn satış saytı iticket.az-da da məlumat verilib.

Artıq konsertin təxirə salınacağı barədə xəbərlər də yayılıb. Y.Tilbenin salon dolmasa, Bakıya gəlməyəcəyini açıqladığı iddia olunub.

Konsertin təşkilatçısı isə saytımıza açıqlamasında konsertin təxirə düşmədiyini, yayılan xəbərlərin əsassız olduğunu açıqlayıb.

OXŞAR XƏBƏRLƏR