Yığmamız 7-ci medalını qazandı

İDMAN
13:27 25.09.2013
1161
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.Yarışların üçüncü günündə artıq daha bir medal əldə olunub. Ağır atletika yığmamızın üzvü - 62 kq çəki dərəcəsində yarışan Zülfüqar Süleymanov körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 123 kq, təkanla qaldırma hərəkətində isə 156 kq çəkini başı üzərinə qaldırıb.Toplamda 279 kq (123 kq + 156 kq) nəticə göstərən Süleymanov İslam Oyunlarının bürünc medalını qazanıb.
OXŞAR XƏBƏRLƏR