Yığmamız ‘Qarabağ’a qalib gəldi

İDMAN
00:10 26.03.2012
1511

Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da ikinci yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi “Qarabağ” klubunun 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandası olub. Yığmamız Ülvi İbazadə, Qazıməhəmməd Qurbanov və İqbal Veysəllinin vurduğu qollar sayəsində 3:1 hesabı ilə qələbə qazanıb. Xatırladaq ki, U-17 martın 24-də keçirdiyi yoldaşlıq oyununda “Neftçi” klubunun 1995-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandasına 2:0 hesabı ilə qalib gəlmişdi.

OXŞAR XƏBƏRLƏR