Yığmamızın məşqçisi: ‘Təəssüf ki, 3 qol buraxdıq’

İDMAN
10:40 28.03.2012
1442

AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi xəbərə görə, futzal üzrə Azərbaycan millisi dünya çempionatının play-off mərhələsində ilk oyununu keçirib. Sərhədçi Olimpiya İdman Mərkəzində Rusiya yığması ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. Komandamızın heyətində Kaka və İlkin Hacıyev fərqlənib.

Bu komandalar arasında cavab oyunu aprelin 9-da Rusiyanın Tümen şəhərində keçiriləcək.

AZXEBER.COM-un məlumatına görə, matçdan sonra yığmaların məşqçiləri mətbuata açıqlama veriblər:

Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi):“Biz yaxşı oynadıq. Uşaqlar qələbə qazanmaq arzusunda idilər. Gəlin unutmayaq ki, Avropa çempionatının gümüş medalçısına qarşı oynadıq. Təəssüf ki, 3 qol buraxdıq. Cavab oyununda əsas qapıçımız Andrey Tveryankin də bizimlə olacaq və qələbə üçün oynayacağıq”.

Sergey Skoroviç (Rusiya millisinin baş məşqçisi):“Rəqib say etibarilə üstün olduğu dəqiqələrdə fərqləndi. Bəzi hücumların yekununda qeyri-dəqiq oynadıq. Maksimum nəticəyə köklənmişdik. Heyətdən göründüyü kimi, bir neçə əsas oyunçumuz yox idi. Qarşıda bir oyun da var. Səhvlərdən nəticə çıxaracağıq”.

OXŞAR XƏBƏRLƏR