Yıxılan qadına kömək etdi, evə gətirib zorladı

Yıxılan qadına kömək etdi, evə gətirib zorladı
DÜNYA
23:25 15.12.2021
539
Moskvada 53 yaşlı qadın dağınıq skleroz xəstəliyindən yerə yıxılıb və tək başına ayağa qalxa bilməyib. Bir kişi köməyə gəlib. O, ona ayağa qalxmağa kömək edib, evə qədər müşayiət edib, yatağa uzadıb, sonra da zorlayıb.

AZXEBER.COM xarici mediaya istinadla bildirir ki, qəddar cinayət zamanı qadın qışqıraraq zorlayandan onu buraxmasını istəyib, lakin o, buna əhəmiyyət verməyib.
 
 Kişi bundan sonra da qadından əl çəkməyib. Onun mənzilində dincəlmək üçün qalmağa qərar verib. Qadın manyakdan qurtulmaq üçün qızına zəng edib. O, cinayətkarı mənzili tərk etməyə məcbur edə bilib, polisə xəbər verib. Tezliklə hüquq-mühafizə orqanları qadını zorlayan şəxsi saxlayıb və cinayət işi açıb.
OXŞAR XƏBƏRLƏR