Yol polisi ilə mübahisə edib ölən sürücü ilə bağlı - Yeni xəbər

Yol polisi ilə mübahisə edib ölən sürücü ilə bağlı - Yeni xəbər
SOSİAL
11:52 07.03.2017
837

 

Martın 4-ü saat 12 radələrində Bakıda yol polisi ilə mübahisə edən sürücünün ölümü hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılan "Nissan”ın sürücüsü 1961-ci il təvəllüdlü Əsgər Muradovun qəfil ölümü ilə bağlı müvafiq ekspertizalar təyin edilib: "Hadisə baş verən gün əraziyə ekspertlər gəlib. Müvafiq ekspertizalar təyin edilib. Həmçinin avtomobilin hansı istiqamətdən gəlib hara getməsi müəyyənləşdirilir. Ərazidəki müşahidə və təhlükəsizlik kameralarının qeydə aldığı görüntülər də araşdırılır. İlk gündən bu məsələ diqqətdədir və araşdırmaların nəticəsi barədə vəfat edən şəxsin yaxınları, eləcə də ictimaiyyət məlumatlandırılacaq”.

 

Qeyd edək ki, sürücünün qohumu Nurəddin Həsənov "qafqazinfo"ya bildirib ki, YPX əməkdaşının sürücü ilə kobud davranışı onun ölümünə səbəb olub: "Polis ona deyib ki, sən "avtoş”luq edirsən. Bu da cavabında "sənin atan yaşdayam, mən "avtoş”luq edənəm?” deyib və bundan sonra aralarında mübahisə olub. Bunları Əsgər müəllim özü qohumumuz Rövşənə zəng edib deyib. Rövşənə deyib ki, polis mənə belə sözlər deyir, maşının açarını almaq istəyir, ürəyim sancır, gəl məni apar. Videodan da görünür, sonra maşının qarşısına keçir və yıxılır. Ekspertizada dedilər ki, infarkt keçirib. Amma onu infarkt səviyyəsinə gətirən var. Əsgər müəllim polislə olan dialoqunu videoya çəkib. Polis görüb ki, öldü, onun telefonunu götürüb hər şeyi siliblər. Onun ürəyi xəstə idi, bu gün (martın 6-da) müalicə üçün İrana gedəcəkdi. O, Rusiya vətəndaşıdı, daim orada yaşayırdı. Oğluna toy etmək üçün Bakıya gəlmişdi”.

 

N.Həsənov bildirib ki, hadisə barədə televiziya kanallarına yalnış məlumat verilib: "Televiziyada deyiblər ki, guya sürücünü halı pisləşib, yol polisi əməkdaşları tibbi yardım göstərib və ölümün qarşısını alıblar. Necə qarşısını alıblar ki, bu gün üç mərasimidir? Həm də o hadisə yerində vəfat edib, oradan birbaşa morqa aparılıb. Onu bu hala salan yol polisi əməkdaşının ad-soyadını hələ ki, bilmirik. Nərimanov rayon Dövlət Yol Polisi İdarəsinə məxsus "267” seriyalı avtomobildə olub. Sabah rəsmi qurumlara şikayət edəcəyik”.

///lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
19:52 12.08.2025
Avropa Şurası üzv ölkələri İsrailə silah ixracatından çəkindirib
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
19:42 12.08.2025
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Belarus və Rusiya birgə təlimlər keçirəcək
19:31 12.08.2025
Belarus və Rusiya birgə təlimlər keçirəcək
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
19:10 12.08.2025
Səudiyyə Ərəbistanı İsrailin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmək qərarını pisləyib
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
18:59 12.08.2025
"Sabah"ın rəqibi gənc futbolçusu ilə peşəkar müqavilə imzalayıb
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
18:40 12.08.2025
Baş nazir Rusiyanı Kiyev və Varşavanı qarşı-qarşıya qoymağa cəhddə ittiham edib
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
18:27 12.08.2025
Almaniya çempionu olmuş hücumçu İspaniyada klubunu dəyişib
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
17:53 12.08.2025
Rusiya və Aİ-nin bacarmadığını Tramp reallaşdırdı - alman politoloq
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
17:50 12.08.2025
Ərdoğan ilə Zelenski arasında telefon danışığı oldu
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
17:43 12.08.2025
ABŞ-də inflyasiya rəqəmləri açıqlandı
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
17:39 12.08.2025
Azərbaycanda ilin ilk yeddi ayında 40-a yaxın insanı çaqqal dişləyib
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
17:31 12.08.2025
İran vitse-prezidenti: Münasib şərtlər altında ABŞ-la birbaşa danışıqlar apara bilərik
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
17:17 12.08.2025
Fransa səfirliyindən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
17:00 12.08.2025
Rusiya və Fransa Vaşinqton görüşündən niyə narahatdır? - AÇIQLAMA
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
17:00 12.08.2025
Saleh Məmmədov idarə rəisini işdən çıxardı
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
16:53 12.08.2025
Çempionlar Liqası: "Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb