Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı

Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı
SOSİAL
18:11 24.06.2020
1106

Bakı şəhərində sərt karantin rejimi ilə bağlı yaradılmış karantin postlarında sıxlığı aradan qaldırmaq üçün tədbirlər görülür.

Bunu Trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bununla bağlı karantin postlarına nəzarət edən yol polislərinə xüsusi texniki vasitələr verilib:

"Bu vaxta qədər əgər bir avtomobilin yoxlanışı üçün 15-20 saniyə vaxt sərf olunurdusa, indi 3-5 saniyəyə avtomobil sürücüsü yoxlanılır. Belə ki, sürücü şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin şəxsiyyət vəsiqəsi texniki vasitəyə yaxınlaşdırılır və dərhal da onun icazə alıb-almaması müəyyən olunur.

Sürücülərdən xahiş edirik ki, şəhər ərazisində quraşdırılan stasionar karantin postlarına yaxınlaşarkən icazə vərəqi və ya telefondakı sms cavabı deyil, şəxsiyyət vəsiqəsini təqdim etsinlər.

Üzərində hər hansısa fəaliyyətinə icazə verilən qurumun vəsiqəsi, icazə sənədi olsa da, sürücü və ya sərnişin yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə qısa zamanda yoxlanılır. Postlardakı nəzarətçi polislərdə olan xüsusi texniki vasitə şəxsiyyət vəsiqəsi ilə həmin şəxsin icazəli olub-olmadığını dərhal müəyyən edir. Nəticədə karantin postlarında süni tıxaclar yaranmır”.

V. Əsədov bildirib ki, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə rəisləri və vəzifəli zabitləri də paytaxt yollarında yaradılmış karantin postlarında xidmətə cəlb olunublar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
23:46 07.07.2025
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
23:29 07.07.2025
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23:06 07.07.2025
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
22:51 07.07.2025
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
22:46 07.07.2025
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
22:39 07.07.2025
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
22:26 07.07.2025
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
22:17 07.07.2025
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
21:43 07.07.2025
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
21:42 07.07.2025
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
21:31 07.07.2025
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
Şəmkirdə istixana yandı - FOTO
21:24 07.07.2025
Şəmkirdə istixana yandı - FOTO
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
21:11 07.07.2025
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
21:09 07.07.2025
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
20:53 07.07.2025
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq