Yol polisi qəza törətdi

Yol polisi qəza törətdi
SOSİAL
15:01 11.07.2018
3904
Bakıda yol polisi avtomobili qəzaya uğrayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə "28 May” metrostansiyası yaxınlığında baş verib.

Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 413 dövlət nömrə nişanlı avtomobil "Mercedes” markalı, 90 ZX 636 dövlət qeydiyyat nişanlı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR