Yol polisindən sürücülərə xəbərdarlıq - Bunları etmək olmaz!

Yol polisindən sürücülərə xəbərdarlıq - Bunları etmək olmaz!
SOSİAL
14:13 24.08.2017
867
Dövlət Yol Polisi tərəfindən respublika ərazisində yol hərəkəti qaydalarına əməl etməyən, qanunla müəyyən olunanan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət iştirakçılarının müəyyən olunması diqqət mərkəzindədir.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin yaydığı müracitədə deyilir.

Müraciətdə deyilir ki, çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, xüsusilə ödənilməyən cərimələri olan nəqliyyat vasitələrinin müəyyən olunması istiqamətində fəaliyyətin təşkili genişləndirilməklə nəzarət daha da gücləndirilib.

Paytaxt yollarında nəqliyyatın intensiv hərəkətini təmini məqsədilə "Yol hərəkəti haqqında” Qanunla qadağan olunan yerlərdə avtomobilləri saxlayanlar bilməlidir ki, onların bu hərəkəti təkcə qanun pozuntusu yox, eyni zamanda digər sürücü və piyadaların təhlükəsizliyinə mane olmaqla bərabər yollarda sıxlıq yaradır, insanları ləngidir, vaxt itkisi yaradır.

Dayanmanı-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində – ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan avtomobillər evakuasiya edilir, həm də patrul xidməti maşınlarında quraşdırılan "bort” kompyuterlər vasitəsilə fotoları çəkilərək və hazırlanan fotomaterial üzrə protokol tərtib edilir.

Aparılan təhlil və araşdırmalar göstərir ki, cari ildə həyata keçiriLən kompleks profilaktik tədbirlər nəticəsində, insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayüllər ümumən qorunub saxlanılıb. Lakin görülən tədbirlərə baxmayaraq, sürücülər arasında hələ də avtomaşını sərxoş halda idarə edən, parklanma qaydalarını pozan, avtoxuliqanlığa və intizamsızlığa meylli, yolu müəyyən olunmayan yerdən keçən piyadalara və cərimə borclarını ödəməyən sürücülərə rast gəlinir. Dövlət Yol Polisi tərəfindən barəsində cərimə protokolu olan sürücülər müyyən olunduqda, avtomaşının Müvəqqəti Mühafizə Olunan Duracağa qoyulması vətəndaş-polis arasında müəyyən fikir ayrılığı yaradır, vətəndaş özünü haqlı bilir, yolda hüquq tətbiq edən əməkdaşa qarşı tabesizlik nümayiş etdirir. "Məlumatım yoxdur”, "Ünvana bildiriş göndərilməyib”, "SMS çatmayıb” , "Xəbərsizəm”, "Ödəməyə gedirəm”, "Ödəyəcəyəm” bəhanələrlə izibati məsuliyyətdən yayınmağa çalışır. Lakin sürücü unudur ki, patrul avtomobillərində mövcud olan müasir avadanlıqlar – İ-Patrul sistemi ilə barəsində inzibati protokol, məhkəmə qərarı olan sürücülər dərhal müəyyən olunmaqla xəbərdarlıq edilir.

Bütün bunları nəzərə alaraq, diqqətə çatdırırıq ki, barəsində inzibati protokol tərtib olunan, cərimə balı olan, məhkəmə qərarı çıxarılan sürücülər barəsində qeyd-şərtsiz mübarizə tədbirlərimiz davam etdirilir. Hər bir sürücü səhlənkarlığa yol verməməli, yol qaydalarına əməl etməlidir ki, qanunvericiliyin tələbləri etibarlı mühafizə olunsun, inzibati məsuliyyətə səbəb olan hallar yaranmasın, qanunların aliliyi, tələblərin humansitliyi qorunsun.
 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY