Yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törətdi

Yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törətdi
SOSİAL
17:00 05.07.2018
7392
Bakıda yol polisinin əmrinə tabe olmayan sürücü ağır qəza törədib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, polisdən qaçan və işıqforun qırmızı işığına məhəl qoymadan yüksək sürətlə şütüyən "Mazda" Koroğlu Rəhimov ilə akademik Həsən Əliyev küçəsinin kəsişməsində yolu yaşıl işıqda keçən "BMW" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə yol polisi əməkdaşları gəlib. Amma qəzadan dərhal sonra "Mazda"nın sürücüsü avtomobilini tərk edərək uzaqlaşıb.

Hazırda polis "Mazda"nın sürücüsünü axtarır.
OXŞAR XƏBƏRLƏR