Cəmşid Naxçıvanski küçəsində 38 saylı yaşayış binasının qarşısındakı yolda ağacların arasında "qalan” nişan sürücülərin qorxulu röyasına çevrilib.
Bu bardədə AZXEBER.COM-a müraciət edən sürücülərdən biri məlumat verib. Onun sözlərinə görə sözügedən küçədə yerləşdirən nişan ağacların arasına yerləşdirildiyi üçün bu yolda çoxlu sayda cərimələnənlər olur. Belə ki, yalnız bir istiqamətdə hərəkət olan yolda nişanın düzgün yerləşdirilməməsi sürücülərdə çaşqınlıq yaradır. Nəticədə sağa dönmə əməliyyatı edən sürücülərin qeydiyyatda olduqları ünvana cərimələr göndərilir.
Həmin nişanın əslində qoyulmalı olduğu yeri və reallıqda qoyulduğu yerin görüntülərini təqdim edirik: