21:59 Bazar Günü, 15 Dekabr 2019
SOSİAL

Yol qəzalarında 9 nəfər öldü, 7 nəfər yaralandı - Azərbaycanda

13:47, 11.11.20193310
Yol qəzalarında 9 nəfər öldü, 7 nəfər yaralandı - Azərbaycanda

Ötən şənbə və bazar günləri daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZXEBER.COM -a verilən məlumata görə, noyabrın 9-u və 10-da törədilən 31 cinayətin üstü "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.


XƏBƏR LENTİ