Xəbər verdiyimiz kimi, tanınmış müğənni Aslan Hüseynov yol qəzasında dünyasını dəyişib.
Azərbaycanın bir çox məşhur siması avtromobil qəzasına düşərək faciəvi şəkildə həlak olub.
AZXEBER.COM yol-nəqliyyat hadisəsi zamanı vəfat edən tanınmışlarla bağlı kiçik araşdırma aparıb.
Xanəndə Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına düşərək vəfat etmişdir.
Müğənni Təranə Vəlizadənin duet ortağı, həyat yoldaşı, şair Eyvaz Həsənov da ağır yol qəzasına düşərək dünyasını dəyişib.
Məşhur reper Hüseyn Dərya 2014-cü ildə keçirtdiyi avtomobil qəzasında vəfat edib. O 1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olub. 2014-cü il martın 14-də gecə saatlarında avtomobil qəzası keçirib. Martın 15-də səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
"Yeni ulduz-2" müsabiqəsinin qalibi Rəcəb Musayev də 2011-ci ildə dəhşətli yol qəzasına düşərək gənc yaşda vəfat edib.
"Yeni ulduz" müsaqibəsinin digər iştirakçısı Leyla Ağamalıyeva da yol qəzasında dünyasını dəyişərək eyni talehi yaşayıb.
Müğənni Şəfa Hüseynova 30 yaşında keçirdiyi ağır avtomobil qəzasında həyata əbədi gözlərini yumub.
O 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində anadan olub. 2005-ci il dekabrın 4-də avtomobil qəzası nəticəsində həlak olub. Şəfa "Geri dön” və "Sevgi qatarı” mahnıları ilə tanınıb.
Şimal-qərb bölgəsində müğənniliklə məşğul olan Mehriban Mustafayeva da ağır-yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
"Banu” ləqəbi ilə tanınan müğənni Müşərrəf Zeynalova da avtomobil qəzasına düşərək hadisə vəfat edib.
İrəvan Dövlət teatrının aktyoru Ramiz Əliyev avtomobil qəzasına düşərək həyatdan köçən tanınmışlar sırasındadır.
Qəzada vəfat edən daha bir tanınmış şəxs isə meyxanaçı Bayram Kürdəxanlıdır. Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-ində Kürdəxanıda doğulub. Meyxanaçını 22 avqust 2017-ci il tarixində gecə vaxtı Kürdəxanı qəsəbəsində avtomobil vurub. Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası qəsəbə ərazisində yolu keçərkən, Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avtomobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Nərmin Məmmədli
Nərmin Məmmədli