Odessada sərxoş halda yoldan keçənlərə bıçaqla hücum edən azərbaycanlı tutulub.
AZXEBER.COM virtualaz.org-a istinadən bildirir ki, avqustun 19-da Odessa hüquq-mühafizə orqanlarının qaynar xəttinə Arxitektura və İlfa küçələrinin kəsişməsində sərxoş vəziyyətdə olan şəxsin yoldan keçənlərə bıçaqla hücum etməsi barədə siqnal daxil olub.
Hadisə yerinə gedən hüquq-mühafizə orqanları əməkdaşları "deboşiri" tutublar, bu zaman o qızğın müqavimət göstərib. Şəxsiyyəti aydınlaşdırarkən məlum olub ki, həmin şəxs 25 yaşlı Azərbaycan vətəndaşıdır və Ukrayna ərazisində qanunsuz yaşayır.
Onun barəsində xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb, kimliyi göstərilmir.