Yolka, plov, kabab… - köşə

Yolka, plov, kabab… - köşə
KÖŞƏ
15:02 21.12.2011
2678

Anar YUSİFOĞLU

“Təzə ay çıxanda köhnə ayı doğrayıb ulduz eləyirlər”. Min bir yozumu olan bu qədim atalar sözünü nədənsə hər yeni il öncəsi xatırlayıram. Çünki bu deyim milli xarakterimizin təzəliyə yanaşma psixologiyasını özündə əks etdirir. Amma Yeni ilə yanaşmamızda bu psixoloji xarakterimizi nümayiş etdirə bilirikmi?

Dünya xalqlarının Yeni illə bağlı müxtəlif adət-ənənələri var və bunların ən unikalı, daha doğrusu, bütövlükdə Yeni ilin mahiyyətini özündə əks etdirən italyan adətidir. İtaliyada Yeni il gecəsi təkcə təzə paltar geyməklə kifayətlənmirlər, həm də evdəki köhnə əşyaları tullayırlar; həm də pərakəndə formada; həm də düz küçənin ortasına. Hətta bu səbəbdən Avropada məzəli bir deyim də yaranıb: Yeni il gecəsi Romada gəzmək təhlükəlidir, çünki həmin an İtaliyaya çarpayı, şkaf, stol yağır. Avropanın ən temperamentli və çılğın xalqlarından sayılan italyanların bu adəti Yeni ildə köhnəlikdən büsbütün qurtulmaq istəyinin əyani ifadəsidir. Təzəlik – təkcə təqvimdə, arzularda, istəklərdə deyil, həm də ətrafda, evlərin interyerində, dizaynında, əşyalarda özünü göstərir. Bir gecənin içində evdə, işdə, həyətdə baş verən dəyişiklik əlbəttə yeni ovqat, yeni ruh gətirməlidir. Yeni ildə bir-birinə hədiyyələr bağışlamaq, birgə səyahətlərə, gəzintiyə çıxmaq da xarakterikdir. Yeni tanışlıqlar, yeni məkanlar, yeni mənzərələrlə qarşılanan Yeni ilin “doğranıb ulduza çevrilənə qədər” öz yenilik təravətini insanın ruhunda saxlayacağı da şübhəsizdir… Yeni il hər yerdə olduğu kimi, bizdə də köhnə ilin sonuncu ayından özünü göstərməyə başlayır. Dekabrın 1-dən başlayaraq Yeni ilin nəfəsini öz üstümüzdə duyuruq və başlayırıq hazırlaşmağa. Necə? Hələ bir ay qabaqdan imkanı daha az olanlar Yeni ildə hansı araqdan nə qədər içəcəyini hesablayırlar. Sonra yeməklər gəlir: növ-növ çərəzlər, salatlar, isti-soyuq qəlyanaltılar… Toyuq, hinduşka, balıq kababı və əlbəttə ki, “süfrəmizin şahı” plov! Heç elə şey olar ki, bir aylıq ailə azuqəsini bir gecədə həzm-rabedən keçirəndən sonra ağırlaşan qarnımızı süfrədən necə qaldıracağımızı beynimizdə saf-çürük edən anda ortaya plov gəlməsin? Onda bunun harası Yeni il oldu? Bir az imkanı olanlar isə eyni psixoloji yanaşmanı restoranlara köçürürlər. “Hansı restoranda oturacağıq və Yeni ili necə qarşılayacağıq” sualına imkanlıların cavabı qəlibləşib: Yaxşıca yeyək, içək, oynayaq, sonra təzədən oynayaq, yeyək, içək, yenidən içək, oynayaq, yeyək və… Səhərə qədər! “Süfrədə barmaq vurmağa yerin olmaması” bizim bütün mərasimlərimizin, o cümlədən Yeni il qarşılanmasının əsas meyarıdır… Bəs, Yeni ildən arzularımız nədir? Dünya xalqlarının – “Londondan Sidneyə qədər” - Yeni il arzuları məhz bu cür ümumiləşdirilir: “Siqareti ataq, daha sağlam həyat yaşayaq, arıqlayaq…” Avropa psixoloqları hətta yalan vəd olsa belə, bu üç sağlamlığa köklənən arzularla dünya xalqlarının Yeni ili qarşıladıqlarını bildirirlər. Biz də arzulayırıq - hər tərəfindən yağ daman, yer olmadığı üçün altına, böyrünə, üstünə meyvələr, salatlar yığılmış süfrəmizdə arzumuz başlayır: “Qoy, bu Yeni ildə daha çox yeyib-içək!”; “Qoy, gələn il daha böyük süfrədə yığışmaq qismətimiz olsun”… Millətimiz, xalqımız, özümüz, doğmalarımız və ətrafımız üçün müqəddəs, ülvi diləklərimiz də olur və bunların heç birinə kölgə salmaq istəmirəm. Ancaq etiraf edək ki, bütün istəklərimizin başında, ortasında da olmasa, sonunda yenə də “yığışıb, qeyd etmək” gəlir. Bəlkə, dəyişmək zamanıdır? Bəlkə, bayram günlərinin “yeyib-içmək-oynamaq-yatmaq” qəlibindən qurtarmaq üçün hərəkətə keçməliyik. Bəlkə, bu milli kompleksdən sui-istifadə edib bayram günləri qiymətləri ceyranın belinə qaldıran möhtəkirlərə fürsət verməyimiz yetər?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezidentlə xanımı “Hacıkənd” kompleksinin tikintisi ilə tanış olublar
15:34 20.08.2025
Prezidentlə xanımı “Hacıkənd” kompleksinin tikintisi ilə tanış olublar
Azərbaycan Rusiyanın “Eurovision” analoquna getməkdən imtina etdi
15:32 20.08.2025
Azərbaycan Rusiyanın “Eurovision” analoquna getməkdən imtina etdi
Pakistanda musson fəlakətləri: Ölənlərin sayı 746-ya çatdı
15:31 20.08.2025
Pakistanda musson fəlakətləri: Ölənlərin sayı 746-ya çatdı
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
15:30 20.08.2025
Saakaşvili: Bu, Rusiyanın yüz ildəki ən böyük məğlubiyyətidir
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
15:24 20.08.2025
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
15:15 20.08.2025
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
15:14 20.08.2025
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
Məmməd İsmayıl Tovuzda dəfn olundu
15:07 20.08.2025
Məmməd İsmayıl Tovuzda dəfn olundu
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
14:57 20.08.2025
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü