"Yollar biabırçılıqdır, ürəyim partlayır"

"Yollar biabırçılıqdır, ürəyim partlayır"
MAQAZİN
10:56 20.09.2025
189
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu yollardakı tıxacdan şikayətllənib.

AZXEBER.COM xəbər verir ki, instaqram səhifəsində canlı yayım açan sənətçi Bakıda ödənişli yolların açılacağına sevinib:

"Zooparkın yanındayam. Şəhərdə bütün yollar dayanıb, biabırçılıqdır. Evdən çıxanda gedəcəyim ünvana tətbiq 35 dəqiqə göstərirdi, indi isə 45 dəqiqə oldu. Tıxacda ürəyim partlayır. Adam bilmir nə etsin. Təki Bakıda ödənişli yollar açılsın. Bütün günü maşını o zolaqda sürərəm, əziyyət çəkməzdim".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən Bakıda ödənişli hərəkət zonaları yaradılacaq.
 

///Axşam.az

OXŞAR XƏBƏRLƏR