Yollarda tıxaclar azalacaq - VİDEO

Yollarda tıxaclar azalacaq - VİDEO
09:04 19.03.2013
804
Tıxaclardan təngə gələn paytaxt sakinləri bu problemdən canlarını tam qurtara bilməsələr də, yəqin ki, tıxac bəlasıyla bir qədər az qarşılaşacaqlar. Çünki, Neftçilər prospektinin Azadlıq meydanından keçən hissəsi sabah istifadəyə veriləcək.Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat veriblər.Qeyd edək ki, prospektdə avtomobillərin rahat hərəkəti üçün 8 zolaq nəzərdə tutulub. İşlər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Azadlıq Meydanın alt hissəində tikilən yeraltı avtomobil dayanacağının isə yekunlaşması hələ tezdir. Belə ki, burda avtomobillərin və sürücülərin rahat giriş çıxışı üçün 8 giriş-çıxış inşa edilir ki, bunlardan ikisi avtomobillər 6-sı isə piyadalar üçün nəzərdə tutulur.Yeraltı dayanacaq mərtəbəli olacaq. Üst mərtəbədə saxlayan sürücülər Azadlıq Meydanının arxa hissəinə 1-ci mərtəbədə saxlayan sürücülər isə bu yol qovşağı vasitəsilə dövrə vuraraq Neftçilər prospektinə çıxa biləcəklər.Gün ərzində prospektdən istifadə edən sürücülər də yolun açılması ilə sıxlığın aradan qalxacağını düşünürlər. Yeraltı dayanacağın nə vaxt istifadəyə veriləcəyinə gəldikdə isə, bunun ilin ilk rübündə baş tutması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR