Yolu keçən qadını maşın vuraraq öldürüb

Yolu keçən qadını maşın vuraraq öldürüb
SOSİAL
12:00 20.09.2017
652
Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, sentyabrın 19-da saat 11 radələrində Nərimanov rayonu H.Əliyev prospektində Bakı şəhər sakini Elnur Məmmədov idarə etdiyi "VAZ-2104” markalı avtomobillə yolu keçən paytaxt sakini Pakizə Balayevanı vurub.
 
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
 
Nərimanov RPİ tərəfindən araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR