Yolda baş verən silahlı qarşıdurmada yoldan keçən İnayet S. adlı şəxs sinəsindən güllə yarası alıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Diyarbekir bölgəsində baş verib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub.
İnayet S.-nin həyati təhlükəsi olduğu bildirilib. Hadisə mayın 1-də gecə saatlarında baş verib. Belə ki, 2 naməlum şəxs taksi ilə gələn düşmənçilik etdikləri digər şəxsə atəş açıblar.
Hadisə nəticəsində güllələrdən biri yoldan təsadüfən keçən İnayet adlı şəxsə tuş gəlib.
Oksana